Yarış klubu · Bakı

BunkerRacing

Bakının mərkəzində əsl yarış hissi.

Əsl maşın salonunda 13 yarış oyunu. Saatı cəmi 4 AZN.

17Yarış simulyatoru
13Yarış oyunu
4₼/saatBaşlayan qiymətlər
7/24Fəaliyyət göstəririk
Avto dünyası

Son xəbərlər

Bütün xəbərlər →

Masalar və qiymətlər

Masanı seç

Beş növ masa və PlayStation 5 var. Qiymət avadanlığa görə dəyişir, saatla hesablanır.

8 masa

Standart masa

4₼ / 1 saat
Rezerv et

Başlamaq üçün ən yaxşı seçim. Möhkəm metal kokpit, dəri oturacaq və Logitech rul.

  • Metal konstruksiya
  • Avtomatik tənzimlənən oturacaq
  • Dəri Mercedes oturacaq
  • Metal şifter başlığı
  • 43 düym monitor
  • Logitech rul

Endirimli saatlar · 00:00–10:00

Hər gün bütün masalara 50% endirim (PlayStation 5 xaric)

−50%

VR + Pro / VIP masa

Tezliklə · hazırda quraşdırılır

10 ₼

PlayStation 5

GTA V, FC 27, UFC, Mortal Kombat və daha çoxu

3 ₼
Oyunlar

13 oyun, bir bunker

Ciddi simulyatordan drift və yük maşınına qədər. Gəl, istədiyini seç.

DostlarlaDostlarınla birlikdə oynamaq olarVRVR dəstəyi · tezliklə
Assetto Corsa

Assetto Corsa serverlərimiz

Öz serverlərimizdə xəritəni seç, qarajdakı maşınlara bax. Gələndə hansını sürəcəyini indidən bil.

Necə gəlim

Üç addımda trekdə

Yaz

WhatsApp-da gün, saat və masa növünü yaz. Yoxlayıb sənin üçün yer ayırırıq.

Gəl

Google Maps, Uber, Bolt — hansında istəsən Bunker Racing yaz, birbaşa qapımıza gəl.

Sür

İstədiyin oyunu açırıq, masanı sənə görə ayarlayırıq. İlk dəfə olsa belə, hər şeyi başa salırıq.

Niyə Bunker

Oyun stolu yox, avtomobil salonu

Masalarımızı özümüz yığırıq. Hər birində real avtomobildən götürülmüş panel, oturacaq və şifter var. Oturan kimi fərqi hiss edirsən.

Real panellər

Mercedes, BMW və Niva şitləri. Premium masada priborda real sürət və RPM göstərilir.

Ən çox oyun

13 yarış oyunu: Assetto Corsa və F1-dən Euro Truck və BeamNG-yə qədər. Bu qədər seçim başqa məkanda yoxdur.

VR rejimi · tezliklə

VR eynəkləri artıq bunkerdədir, hazırda quraşdırılır. Tezliklə Pro və VIP masalarda.

Fərdi kondisioner

Pro, VIP və Premium masalarda tənzimlənən fərdi kondisioner. Uzun yarışda da rahat.

SOS düyməsi

Ayar lazımdır, oyun dəyişmək istəyirsən? Düyməni bas, işçimiz dərhal yanında olur.

2 nəfərlik kabinet

Dostunla yan-yana, öz Bluetooth səsucaldanınızla. Ayrıca kabinetdə qapalı yarış.

Discord quraşdırılıb

Bütün masalarda Discord quraşdırılıb. Dostlarınla danışa-danışa eyni trekdə yarış.

Razer qulaqlıqlar

Mikrofonlu Razer qulaqlıqlar. Mühərriki, təkərləri və komandanı aydın eşidirsən.

Qalereya

Bunkerdə ab-hava

Müştəri rəyləri

507 rəy, 4.9 ulduz

Azərbaycanda ən çox rəyi olan yarış simulyatorları klubu. Rəylər Google və Tripadvisor-dan götürülüb, olduğu kimi.

★★★★★★★★★★Google
Çox mükəmməl xidmət və yüksək keyfiyyətli oyunlar və qrafiklər, məkan çox rahatdır.
Meftun V.
★★★★★★★★★★Tripadvisor
If you’re looking for something truly different in Baku, Bunker Racing is the place to go! The racing simulators are top-quality and give you a realistic driving experience… Perfect for friends, couples, or even team events.
Malik M.
★★★★★★★★★★Google
Super ve ela oyun idi
Ali A.
★★★★★★★★★★Google
Məkan çox yaxşıdır. Kollektivi səmimidir.
Ömər İ.
★★★★★★★★★★Tripadvisor
I had a really great experience at Bunker Racing! The atmosphere, the thrill of driving, and the overall service were better than I expected.
Şəfa A.
★★★★★★★★★★Google
Great people and had the best time here with these guys really made my day! ❤️
Raayan A.
Bunker Racing — Kral Games MMC-nin layihəsidirKral Games 6 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. Google-da 1200+ rəy, 5.0 ulduz. 5.01200+
Ünvan və əlaqə

Nizami küçəsi 119

Gəlməzdən əvvəl yaz, yerini saxlayaq. Ən tez cavabı WhatsApp-da veririk.

ÜnvanNizami küçəsi 119, Bakı
Telefon+994 50 600 09 97
Qiymət3 – 10 ₼ / 1 saat
İş saatı7/24 · Hər gün fəaliyyət göstəririk
Suallar və cavablar

Tez-tez soruşulanlar

Bakıda yarış simulyatoru harada var?

Bunker Racing Bakıda, Nizami küçəsi 119-da yerləşir, Sahil və 28 May metrolarından piyada 5–10 dəqiqəlik məsafədədir. Klubda 17 yarış simulyatoru və PlayStation 5 var.

Bakıda harada əylənmək olar?

Bakıda fərqli əyləncə axtarırsınızsa, Bunker Racing-ə gəlin: 17 yarış simulyatoru, PlayStation 5 və 13+ oyun. Dostlarla, ailə ilə və ya tək gəlmək olar, 1 saatı 4 AZN-dan başlayır.

Bakıda gecə harada əylənmək olar?

Bunker Racing 7/24 fəaliyyət göstərir, ona görə gecənin istənilən saatında gəlib yarışa bilərsiniz. Gecə yarışları üçün VIP masalarda ambiyans işıqları da var.

Şəhərin mərkəzində hara gedib vaxt keçirmək olar?

Bunker Racing şəhərin mərkəzində, Nizami küçəsi 119-dadır, Sahil və 28 May metrolarından piyada 5–10 dəqiqəlikdir. Gəlib yarış simulyatorunda və ya PlayStation 5-də vaxt keçirə bilərsiniz.

Uşaqlar gələ bilər? Yaş həddi var?

Bəli. 5 yaşa qədər uşaqlar valideynin qucağında, 5 yaşdan isə özləri sürə bilər. Bunker Racing ailəvi məkandır, burada etik qaydalara riayət olunur.

Yarış simulyatorunun 1 saatı neçəyədir?

Standart masa 4 AZN, Pro 5 AZN, VIP 6 AZN, Premium 10 AZN (hazırda təmirdədir), 2 nəfərlik kabinet 10 AZN (iki nəfər üçün), PlayStation 5 isə 3 AZN-dir. Hər gün 00:00–10:00 arası endirimli saatlardır: bütün masalara 50% endirim (PlayStation 5 xaric). Tezliklə VR ilə Pro və ya VIP masa 10 AZN olacaq.

Bunker Racing neçədə açılır? Gecə də işləyir?

Bəli. Bunker Racing 7/24 fəaliyyət göstərir, hər gün, gecə də daxil olmaqla.

Hansı yarış oyunları var?

Assetto Corsa, Assetto Corsa Competizione, F1 25, F1 26, Forza Horizon 5, Euro Truck Simulator 2, American Truck Simulator, CarX Street, CarX Drift Racing Online, BeamNG.drive, City Car Driving, Taxi Life və MudRunner. Forza Horizon 6 tezliklə əlavə olunacaq.

Bakıda VR ilə maşın sürmək olar?

Tezliklə. VR eynəkləri artıq Bunker Racing-dədir və hazırda quraşdırılır. Hazır olanda Pro və VIP masalarda VR ilə oynamaq olacaq, 1 saatı 10 AZN. Assetto Corsa, ACC, F1 və CarX Drift VR-ı dəstəkləyir.

Dostlarla birlikdə yarışmaq olar?

Bəli. Oyunların çoxunda dostlarınla eyni trekdə onlayn yarışa bilərsən. Bütün masalarda Discord və mikrofonlu Razer qulaqlıqlar var. Yan-yana oynamaq üçün 2 nəfərlik kabinet də var.

Heç vaxt simulyator sürməmişəm. Çətin olacaq?

Xeyr. İşçilərimiz masanı sənə uyğun ayarlayır, oyunu birlikdə seçirik və ilk dövrələrdə yanında oluruq. Kömək lazım olsa, masadakı SOS düyməsini basmaq kifayətdir.

Yer necə rezerv olunur?

WhatsApp-da +994 50 600 09 97 nömrəsinə gün, saat və masa növünü yazın. Saytdakı kalkulyatorla seçim edib sifarişi bir kliklə də göndərə bilərsiniz.

F1-də Bakı trekində sürmək olar?

Bəli. F1 25 və F1 26 oyunlarında Bakı Şəhər Trekində sürə bilərsən. Assetto Corsa və BeamNG.drive-da isə Bakı maşınları da var.

Qrupla, ad günü üçün gəlmək olar?

Bəli. Klubda 17 yarış simulyatoru və PlayStation 5 var. Böyük qrup üçün əvvəlcədən WhatsApp-da yazın ki, yerləri sizin üçün saxlayaq.